Bəqai Körfəz ölkələrini tənqid etdi - "Hücumlara görə məsuliyyət daşıyırlar"

Bəqai Körfəz ölkələrini tənqid etdi - "Hücumlara görə məsuliyyət daşıyırlar"
26.06.2026 19:15 Dünya

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai ölkəsinin Körfəzdəki qonşularını, İsraili və ABŞ-ni tənqid edərək, İranın özünü müdafiə etmək hüququnun olduğunu bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəssində yazıb.

"ABŞ-nin İrana qarşı hücumlarındakı rollarına görə cənub qonşuları (Körfəz ölkələri - red.) məsuliyyətə cəlb olunmalıdır.

Hər kəsə aydın olmalıdır ki, İranın hərbi imkanları bir tərəfdən cinayətlər qarşısında İran xalqının təbii qanuni özünümüdafiə hüququnu təmin edir, digər tərəfdən isə regionda sülh və sabitliyə təminat verir", - deyə Bəqai vurğulayıb.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
26 IYUN 2026
Bütün Xəbərlər