Bal ayı faciə ilə bitdi: Milyardlıq şirkətin vitse-prezidenti və həyat yoldaşı həlak oldu

Bal ayı faciə ilə bitdi: Milyardlıq şirkətin vitse-prezidenti və həyat yoldaşı həlak oldu
19.08.2026 15:53 Dünya

ABŞ-nin investisiya şirkəti "Blackstone"un vitse-prezidenti Aleksandr Kromi və həyat yoldaşı Mari Ebert Yunanıstanın Sifnos adasında şəxsi helikopterin qəzaya uğraması nəticəsində həlak olublar.

TodayPress TV xəbər verir ki, yeni evlənən cütlük bal ayını Yunanıstanda keçirmək üçün Sifnos adasına gedib.

Onların olduğu "Bell 206" helikopteri eniş etməli olduğu heliportdan bir neçə on metr aralıda qəzaya uğrayıb və zərbədən sonra yanıb.

Helikopterdə yeni evlənənlərlə yanaşı pilot da olub. Qəza nəticəsində hər üçü həlak olub. Pilot 53 yaşlı Ciorcos Raykos olub və daha əvvəl Hərbi Hava Qüvvələrində xidmət edib. O, təcrübəli pilot kimi tanınıb.

Qəzanın dəqiq səbəbi hələ müəyyən edilməyib. İlkin məlumatlara görə, helikopterdə mexaniki nasazlıq, o cümlədən mühərrik və ya quyruq pərinin nasazlığı ehtimalı araşdırılır. Hadisədən əvvəl şahidlərin helikopterdən qeyri-adi səs gəldiyini bildirdiyi qeyd olunur.

Qiymət Mahir

XƏBƏR LENTİ
19 AVQUST 2026
Bütün Xəbərlər