Azərbaycanlılar da topun ağzında – Ruslar miqrantları qovmaq üçün siyahı yaydı
Rusiya Dövlət Dumasında miqrantların ölkədən çıxarılması üçün hüquqi əsasların sayının 22-dən 45-ə qədər artırılması təklif olunur.
TodayPress TV xəbər verir ki, bu barədə Dövlət Dumasının sədri Vyaçeslav Volodin Telegram kanalında məlumat verib.
Volodinin sözlərinə görə, parlament bu həftə miqrasiya siyasətinin təkmilləşdirilməsinə yönəlmiş qanun layihələrinin müzakirəsini davam etdirəcək.
O bildirib ki, ilkin təklif deportasiya üçün əsasların sayının 22-dən 43-ə çatdırılmasını nəzərdə tuturdu. Lakin daxil olan düzəlişlərdən sonra İnzibati Xətalar Məcəlləsinin miqrantın ölkədən çıxarılmasını cəza kimi nəzərdə tutan maddələrinin sayının 45-ə çatdırılması təklif edilir.
Volodin qeyd edib ki, bu dəyişikliklər miqrasiya qanunvericiliyinin daha da sərtləşdirilməsi məqsədi daşıyır.
Qiymət Mahir