Almaniya Britaniya donanmasına milyonlar ayırdı - Nəyə hazırlaşırlar ?

Almaniya Britaniya donanmasına milyonlar ayırdı - Nəyə hazırlaşırlar ?
10.07.2026 16:12 Dünya

"Kraken Technology Group" adlı gənc Böyük Britaniya müdafiə şirkəti sürətlə böyüyür və silahsız suüstü dronların istehsalı üzrə ixtisaslaşır.

TodayPress TV xəbər verir ki, bu barədə  "Bloomberg"  məlumat yayıb. 

Qeyd olunur ki, bu yaxınlarda səhmlərini birjaya çıxaran şirkət, Almaniyanın "Rheinmetall" konserninin irihəcmli investisiyası da daxil olmaqla, ümumilikdə 175 milyon dollar vəsait cəlb edə bilib.

İndiyə qədər cəmi 200 belə dron istehsal edən şirkətin ambisiyaları kifayət qədər böyükdür: hər il min ədəd dəniz dronu istehsal etmək. Artıq 2026-cı ilin mart ayında şirkət Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinə 20 ədəd dronun tədarük edilməsinə dair müqavilə imzalayıb.

Bununla belə, ekspertlər hesab edir ki, şirkət bu hədəfinə çatsa belə, bu addım Britaniya donanmasına ciddi kömək etməyəcək.

Hazırda Böyük Britaniya Hərbi Dəniz Qüvvələri elə bir acınacaqlı vəziyyətdədir ki, onun döyüş qabiliyyətini təkcə bu dronların hesabına bərpa etmək qeyri-mümkündür.

Jalə Rövşən 

XƏBƏR LENTİ
10 IYUL 2026
Bütün Xəbərlər