Aİ tarixində ilk: Enerji saxlama sistemlərinə dair üçtərəfli saziş imzaladı

Aİ tarixində ilk:  Enerji saxlama sistemlərinə dair üçtərəfli saziş imzaladı
26.06.2026 20:36 Dünya

Avropa Komissiyası enerji saxlama sistemlərinin inkişafına dair Avropa İttifaqı (Aİ) tarixində ilk üçtərəfli sazişin imzalandığını elan edib.

TodayPress TV xəbər verir ki, bu barədə Avropa Komissiyasının energetika məsələləri üzrə üzvü Dan Yorgensen bildirib.

"Enerji saxlama sistemləri təmiz enerjiyə keçiddə çatışmayan həlqədir. Üçtərəfli saziş çərçivəsində biz sənaye ilə dövlət sektorunu birləşdirən innovativ model təklif edirik. Avropalılar olaraq hesab edirik ki, əsas strateji sektorlarda bu cür əməkdaşlıq enerjini daha təmiz və əlçatan etmək, həmçinin rəqabətqabiliyyətimizi və iqtisadi dayanıqlığımızı artırmaq üçün zəruridir", - deyə o vurğulayıb.

Onun sözlərinə görə, investorlar üçün layihələrin müəyyənliyi, şəffaflığı vacibdir və üçtərəfli saziş məhz bunu təmin etməyə yönəlib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
26 IYUN 2026
Bütün Xəbərlər