Ağ Ev ehtiyat planlar hazırlayır
Dünya
03.11.2025 01:00
ABŞ Prezidenti Donald Tramp administrasiyası Ali Məhkəmənin Amerika liderinin tariflərini qanunsuz hesab edəcəyi təqdirdə ehtiyat planlar üzərində işləyir.
TodayPress TV xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt "Fox News"a müsahibəsində bildirib.
"Bizim ehtiyat planlarımız var və Prezidentin ticarət komandası bu planlar üzərində səylə çalışır, amma Ali Məhkəmənin sonda düzgün qərar verəcəyinə ümid edirik", - o deyib.
Livitt qeyd edib ki, bu işin əhəmiyyəti şişirtmək mümkün deyil.
"Prezident öz səlahiyyətlərindən istifadə etməlidir və ümid edirik ki, Ali Məhkəmə bu arqumenti dinləyəcək, keçmişdə dəfələrlə etdiyi kimi qanuna dürüst baxacaq və düzgün qərar verəcək. Bu təkcə Prezident Tramp üçün deyil, həm də gələcək prezidentlər və onların administrasiyaları üçündür", - o əlavə edib.
tag: ABŞ ,Donald Tramp, Ali Məhkəmə,Amerika ,Todaypress.tv,
