ABŞ-yə məxsus PUA vuruldu - SEPAH

ABŞ-yə məxsus PUA vuruldu - SEPAH
31.05.2026 09:40 Dünya

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-a məxsus MQ-1 pilotsuz uçuş aparatının İranın ərazi sularının üzərində vurulduğunu bəyan edib.

TodayPress TV "Tasnim"ə istinadən xəbər verir ki, SEPAH-ın yaydığı açıqlamada bildirilib ki, ABŞ ordusuna məxsus pilotsuz aparat İranın hava məkanını pozaraq düşmən xarakterli əməliyyat həyata keçirməyə cəhd göstərib.

Məlumata əsasən, aparat müasir hava hücumundan müdafiə sistemi vasitəsilə aşkar edilib və raket zərbəsi ilə məhv olunub.

SEPAH vurğulayıb ki, İranın hava məkanı tam nəzarət altındadır və istənilən pozuntuya qətiyyətli cavab veriləcək.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər