ABŞ və Çin liderləri İranı müzakirə edəcək - Tarix açıqlandı

Dünya

05.05.2026 20:47

ABŞ Prezidenti Donald Trampın Çin Xalq Respublikasının sədri Si Cinpin ilə planlaşdırılan sammit zamanı müzakirə mövzularından biri İranla regional münaqişə olacaq.

TodayPress TV xəbər verir ki, bu barədə Amerika lideri jurnalistlərə bildirib.

"Mən bu barədə danışacağam. Bu, mövzulardan biri olacaq. O (Si Cinpin – red.), bu məsələdə çox nəzakətli davranır", - deyə Tramp vurğulayıb.

O qeyd edib ki, Çin neftinin təxminən 60%-ni Hörmüz boğazı vasitəsilə almasına baxmayaraq, regionda ABŞ-nin rəhbərlik etdiyi əməliyyatlara qarşı "çox hörmətli" yanaşma nümayiş etdirib.

"Çin tərəfindən bizə qarşı heç bir etiraz olmayıb. Onlar bizə meydan oxumurlar", - deyə prezident əlavə edib.

Tramp, həmçinin iki qlobal güc arasındakı iqtisadi əlaqələrin gəlirli olduğunu bildirib.

Yüksək səviyyəli səfərin 14-15 may tarixlərində Pekində keçirilməsi nəzərdə tutulub. Sammit əvvəlcə aprel ayı üçün planlaşdırılsa da, İranla müharibə səbəbindən təxirə salınmışdı.

Aysel Mətləb

TodayPress TV

tag: Tramp,İran,Çin,Hörmüz,TodayPress TV,