ABŞ və Çin birbaşa hərbi əlaqə kanalları qurur

ABŞ və Çin birbaşa hərbi əlaqə kanalları qurur
02.11.2025 19:25 Dünya

ABŞ və Çin mümkün qarşıdurma risklərini azaltmaq məqsədilə birbaşa rabitə kanalları yaradacaq.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ-nin müharibə naziri Pit Heqset “Politico” nəşrinə açıqlamasında bildirib:

“Biz gərginliklərin azaldılması və potensial münaqişələrin qarşısının alınması üçün hərbi əməkdaşlıq kanalları yaratmalıyıq”.

Nazirin sözlərinə görə, bu kanalların yaradılması ilə bağlı detalları müzakirə etmək üçün danışıqlar yaxın günlərdə keçiriləcək.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər