ABŞ, Rusiya və Çin EYNİ MASADA? - Dünyanı dəyişəcək görüş..
Rusiya, Çin və ABŞ liderlərinin iştirakı ilə üçtərəfli görüşün keçirilməsi istisna edilmir.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov "TASS"a müsahibəsində bildirib.
“İdeya mövcuddur və ictimaiyyətə təqdim edilib. Hazırlıq mərhələsinə keçdiyini demək şişirtmə olardı. Burada da əsas sual mahiyyət aspektinin necə formalaşdırılacağı ilə bağlıdır, nəticədə nə gözləyəcəyik? Baxmayaraq ki, formatların, xüsusən də ən yüksək səviyyədə, özlüyündə çox vacib olduğu və lazımi siqnalları göndərdiyi aydındır”, - deyə o açıqlayıb.
Ryabkov qeyd edib ki, Rusiya, Çin və ABŞ liderlərinin iştirakı ilə üçtərəfli format indiyədək tətbiq olunmayıb, lakin heçnə istisna ola bilməz.
Aysel Mətləb