ABŞ-nin qərarı Braziliyada narahatlıq yaradıb: Hərbi əməliyyat riski var

ABŞ-nin qərarı Braziliyada narahatlıq yaradıb: Hərbi əməliyyat riski var
07.07.2026 08:50 Dünya

ABŞ-nin Braziliyanın ən böyük cinayətkar qruplarını terror təşkilatları kimi tanımaq qərarı ölkədə narahatlıq yaradıb.

TodayPress TV xəbər verir ki, "CNN Brasil"in məlumatına görə, Braziliya diplomatik dairələri hesab edir ki, bu addım ölkə vətəndaşları üçün maliyyə və miqrasiya sahəsində mənfi nəticələrə səbəb ola bilər.

Mənbələrin sözlərinə görə, qərar həmçinin ABŞ-nin Braziliya ərazisində hərbi əməliyyat keçirməsi riskini də artırır.

Braziliya Xarici İşlər Nazirliyindəki mənbələr bildiriblər ki, Vaşinqtonun "Comando Vermelho" və "Primeiro Comando da Capital" qruplarını beynəlxalq terror təşkilatları siyahısına daxil etməsi mütəşəkkil cinayətkarlığa qarşı əməkdaşlığın güclənməsinə xidmət etməyəcək.

Qeyd edək ki, Braziliya Prezidenti Luiz İnasiu Lula da Silva bundan əvvəl ABŞ Prezidenti Donald Trampı beynəlxalq münasibətlərdə birtərəfli yanaşma sərgiləməkdə tənqid etmişdi.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
07 IYUL 2026
Bütün Xəbərlər