ABŞ İranla danışıqların davam etdirilməsində israrlıdır
ABŞ sazişin bağlanması ehtimalını qiymətləndirmək üçün Tehranla danışıqların davam etdirilməsində israr edir.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" hesabında yazıb.
"Mən Baş nazir Netanyahu ilə görüşü başa vurdum. Biz heç bir konkret nəticə əldə etməmişik, yalnız mən İranla danışıqların davam etdirilməli olduğunu və razılaşmanın əldə edilib-edilməyəcəyini yoxlamaq üçün təkid etdiyimi bildirdim", - Tramp vurğulayıb.
Aynur TAC