Trampdan etiraf: "Onlar nə deyirsə, mən onu edirəm"
ABŞ Prezidenti Donald Tramp ABŞ Gizli Xidmətinin məsləhəti ilə iyulun əvvəlində öz təyyarəsindən fərqli bir təyyarə ilə gizlicə Türkiyəni tərk etdiyini təsdiqləyib.
TodayPress TV xəbər verir ki, o, bu barədə Vaşinqton yaxınlığındakı Endryus Hərbi Hava Qüvvələri Bazasında jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Bu, tamamilə Məxfi Xidmətdən asılıdır. Mən sadəcə onların istədiyini edirəm",- Tramp bildirib.
O vurğulayıb ki, "Onlar mənim fərqli bir təyyarədə uçmağımı istəyirdilər. Mən də etdim".