Qasperinin istəyi gerçəkləşir! “Roma” “İnter”dən ulduz alır
“Roma” “İnter”in yarımmüdafiəçisi Luis Enrike Tomas de Lima ilə transfer razılaşmasına gəlib.
TodayPress TV xəbər verir ki, bu barədə jurnalist Canluka Di Marsionun saytı məlumat yayıb.
“Roma” klubu 24 yaşlı braziliyalını sağ cinah müdafiəçisi və “on nömrə” mövqelərində çıxış edə biləcək futbolçu kimi heyətinə qatmaq istəyir. Baş məşqçi Can Pyero Qasperini rəhbərlikdən məhz bu mövqelərin gücləndirilməsini tələb edib.
Mənbənin məlumatına görə, “Roma” Enrikenin transferi üçün “İnter”ə 30 milyon avro ödəyəcək. Transferin rəsmiləşməsi üçün yalnız futbolçunun razılığı qalır.
“Transfermarkt” portalında braziliyalı futbolçunun bazar dəyəri 22 milyon avro qiymətləndirilir.
Qeyd edək ki, Luis Enrike ötən mövsüm bütün turnirlərdə 43 oyuna çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə edib. O, daha əvvəl “Marsel” klubunda da çıxış edib.
Namiq HUN