İngiltərə futbolunda iz qoyan qadın hakim karyerasını bitirir

İngiltərə futbolunda iz qoyan qadın hakim karyerasını bitirir
12.08.2026 10:03 İdman

Laynsmen Şan Messi-Ellis hakimlik karyerasını başa vurmaq qərarına gəlib.

TodayPress TV xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.

Messi-Ellis 2010-cu ildə “Blekpul” və “Sanderlend” komandaları arasındakı qarşılaşmada debüt edərək İngiltərə çempionatının yüksək divizionunda hakim köməkçisi kimi meydana çıxan ikinci qadın olub.

40 yaşlı hakim karyerası ərzində Premyer Liqada 150-dən çox oyunda çalışıb. O, qadınlar arasında İngiltərə Kubokunun 5 finalında və İngiltərə Superkuboku matçında hakim köməkçisi kimi fəaliyyət göstərib. Şan, həmçinin İngiltərə Kuboku və Liqa Kubokunun finallarında VAR hakimi olub.

Messi-Ellis 2019-cu ildə avrokuboklarda matça hakim köməkçisi təyin olunan ilk ingiltərəli qadın kimi tarixə düşüb. O, həmin il Avropa Liqasının “PSV” – LASK qarşılaşmasında laynsmen kimi fəaliyyət göstərib.

Bildirilir ki, Messi-Ellis sentyabrdan etibarən İngiltərə Futbol Assosiasiyasında (FA) çalışacaq. O, burada qadın hakimlərlə iş üzrə baş menecer vəzifəsini tutacaq, hakimlik fəaliyyətinə başlayan qadınlara dəstək göstərəcək və onların inkişafına kömək edəcək.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 AVQUST 2026
Bütün Xəbərlər