"Silahları Aİ-yə satırıq, onlar Ukraynaya verir" - Tramp
"Vaşinqton Avropa İttifaqına (Aİ) silah satır, onlar bu silahlarla nə edəcəklərinə özləri qərar verməkdə sərbəstdirlər".
TodayPress TV xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Real America’s Voice”a verdiyi telefon müsahibəsində deyib.
Prezident bildirib ki, bu silahlar Ukraynaya da tədarük edilə bilər. O əlavə edib ki, ABŞ Ukraynaya silah verməyib.
"Mən bunu Avropa İttifaqına verirəm. Onların pulları var və ödəniş edirlər. Biz Avropa İttifaqına sursat satırıq, qırıcı təyyarələr satırıq, hər şeyi satırıq və onlar istədiklərini edirlər. Onlar bunları Ukraynaya verirlər", - deyə lider qeyd edib.
Aysel Mətləb