"Orhus"un baş məşqçisi: "Sabah" kimi güclü komandalar səhvləri bağışlamırlar

"Orhus"un baş məşqçisi: "Sabah" kimi güclü komandalar səhvləri bağışlamırlar
11.08.2026 23:00 İdman

"Sabah" kimi güclü komandalar səhvləri bağışlamırlar".

TodayPress TV xəbər verir ki, bunu "Orhus"un baş məşqçisi Yakop Poulsen "Sabah"a qarşı keçirdikləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

O, böyükhesablı məğlubiyyəti şərh edib:

"İkinci hissədə çox səhvlər etdik. Topu "Sabah" kimi güclü komandalara versən, onlar səni cəzalandırar. 1 saat ərzində qapımızı toxunulmaz saxlamağı bacardıq. Lakin ikinci yarıda "Sabah" üstün oyun nümayiş etdirməyə başladı. Biz isə bir çox səhvlərə yol verdik".

Qeyd edək ki, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Sabah" "Orhus"u iki oyunun nəticəsinə (1:2, 4:0) əsasən məğlub edərək pley-offa vəsiqə qazanıb. "Sabah" bu nəticədən sonra ən azı UEFA Avropa Liqasının əsas mərhələsinitəmin edib.

TodayPress TV

XƏBƏR LENTİ
12 AVQUST 2026
Bütün Xəbərlər