Kolumbiyada zəlzələ qurbanlarının sayı artmaqda davam edir

Kolumbiyada zəlzələ qurbanlarının sayı artmaqda davam edir
11.08.2026 23:26 Dünya

Kolumbiyada baş vermiş 7,4 maqnitudalı zəlzələdə həyatını itirənlərin sayı 234-ə çatıb.

TodayPress TV xəbər verir ki, Kolumbiya Paytaxtlar Birliyi məlumat yayıb.

Açıqlamaya görə, 1 310-dan çox insan yaralanıb, 2 700 nəfərin itkin düşməsi ilə bağlı müraciət daxil olub.

Məlumata əsasən, zəlzələ nəticəsində ən çox insan itkisi və maddi zərərin qeydə alındığı Pereira, Kali, Kivdo, Manizales və Armenia şəhərlərində qırmızı həyəcan siqnalı elan edilib, təhlükəsizlik məqsədilə komendant saatı tətbiq olunub.

Aysel Mətləb

TodayPres TV


XƏBƏR LENTİ
12 AVQUST 2026
Bütün Xəbərlər