Yunanıstanın Baş Naziri xəstəxanaya aparıldı
Yunanıstanın Baş naziri Kiryakos Miçotakis Krit adasında velosiped sürərkən qəza keçirib.
TodayPress TV xəbər verir ki, bu barədə Yunanıstan KİV-i məlumat yayıb.
Bildirilib ki, Miçotakis əlindən yüngül xəsarət alaraq, Krit adasındakı Hanya xəstəxanasına aparılıb. Baş nazir tibbi müdaxilələrdən sonra xəstəxanadan ayrılıb.
Aysel Mətləb