"Putin rusların müharibəni dəstəklədiyini göstərmək istəyir" - Zelenski

"Putin rusların müharibəni dəstəklədiyini göstərmək istəyir" - Zelenski
12.08.2026 00:10 Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyada payızda yeni səfərbərliyin keçiriləcəyini və bunun parlament seçkilərindən dərhal sonraya planlaşdırıldığını bildirib.

TodayPress TV xəbər verir ki, Zelenski Rusiya Prezidenti Vladimir Putinin rusların guya müharibəni dəstəklədiyini göstərmək istədiyini deyib.

Ukrayna Prezidenti həmçinin bildirib ki, daha əvvəl Ukrayna Xarici Kəşfiyyat Xidmətindən Rusiyada səfərbərliyə hazırlıqla bağlı hesabat daxil olub.

Onun sözlərinə görə, səfərbərlik payız aylarına, Rusiyada parlament seçkilərindən dərhal sonraya hazırlanır.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
12 AVQUST 2026
Bütün Xəbərlər