ABŞ İranı Hörmüz boğazı ilə bağlı xəbərdar etdi
Dünya
31.01.2026 11:00
ABŞ tərəfi Hörmüz boğazının beynəlxalq dəniz ticarəti üçün strateji əhəmiyyətini önə çəkərək, İranın bölgədə sabitliyi poza biləcək hərəkətlərdən çəkinməli olduğunu qeyd edib.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının yaydığı təhlükəsizlik xəbərdarlığında bildirilir.
Bəyanatda qeyd olunub ki, İran ordusunun Hörmüz boğazında planlaşdırdığı iki günlük atəş təlimi təhlükəsiz və peşəkar şəkildə, eləcə də beynəlxalq dəniz nəqliyyatının naviqasiya azadlığına təhlükə yaratmadan keçirilməlidir. Komandanlıq xüsusilə “İnqilab Keşikçiləri Korpusu” tərəfindən elan edilən dəniz təlimlərinin bölgədə gərginliyi artırmamasının vacibliyini vurğulayıb.
Xatırladaq ki, İran Hörmüz boğazı ətrafındakı hava məkanında hərbi atış fəaliyyəti ilə bağlı Hərbi Hava Qüvvələrinə Bildiriş yayımlayıb. Bildirişdə 27-29 yanvar tarixləri arasında 5 dəniz mili radiuslu dairəvi ərazidə hərbi atış təlimlərinin keçiriləcəyi, həmin zonada hava məkanının yer səviyyəsindən 25 min fut hündürlüyə qədər məhdudlaşdırılacağı və təhlükəli hesab ediləcəyi açıqlanıb.
Aysel Mətləb
tag: ABŞ ,Hörmüz,İran,Komandanlıq,Todaypress.tv,
