ABŞ-də QƏRİBƏ HADİSƏ - Təyyarə... - VİDEO

ABŞ-də QƏRİBƏ HADİSƏ - Təyyarə... - VİDEO
04.05.2026 10:02 Dünya

ABŞ-nin Nyuark hava limanında enişə yaxınlaşan Boeing 767 tipli sərnişin təyyarəsi yük maşını ilə təmas edib.

TodayPress TV xəbər verir ki, hadisə nəticəsində avtomobilin şüşəsi sınıb, sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Təyyarə isə təhlükəsiz eniş edib, sərnişinlər və ekipaj arasında xəsarət alan olmayıb.

Federal Aviasiya Administrasiyası hadisə ilə bağlı araşdırmalara başlayıb.

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər