Azərbaycan–Özbəkistan əlaqələri çərçivəsində Daşkənddə görüş keçirildi
Azərbaycan-Özbəkistan dostluq münasibətlərinin və diasporla əməkdaşlığın inkişafı çərçivəsində "Beynəlxalq Humanistika İnstitutu" İctimai Birliyinin nümayəndə heyəti Daşkənd şəhərində Azərbaycan diasporunun nümayəndələri ilə görüş keçirib.
TodayPress TV xəbər verir ki, 2026-cı ilin may ayında baş tutan görüşdə "Beynəlxalq Humanistika İnstitutu" İctimai Birliyinin sədri Elmira Məhəddinlinin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
Görüş zamanı Azərbaycan diasporunun fəaliyyəti, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və gələcək təşəbbüslər barədə fikir mübadiləsi aparılıb. Tədbirin sonunda institut adından xatirə hədiyyələri təqdim olunub.
Görüşdən sonra nümayəndə heyəti Daşkənd şəhərində ucaldılmış Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edib və xatirə fotosu çəkdirib.