Xocalıda intensiv meyvə bağlarına və heyvandarlıq kompleksinə baxış keçirildi

Xocalıda intensiv meyvə bağlarına və heyvandarlıq kompleksinə baxış keçirildi
17.06.2026 20:20 Daxili siyasət

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının Ağdərə şəhərində keçirilən iclasının iştirakçıları iyunun 17-də Xocalı rayonu ərazisində "Agro-Lid" MMC tərəfindən salınmış intensiv meyvə bağları ilə tanışlıq olublar.

TodayPress TV xəbər verir ki, iclas iştirakçılarına MMC-nin Xocalı rayonu ərazisindəki fəaliyyətləri haqqında məlumat verilib.

Daha əvvəl Xocalının Daşbulaq kəndində baramaçılığın inkişafı üçün yaradılmış infrastruktura baxış keçirilib və "Qoç Ət"in heyvandarlıq kompleksi ilə tanışlıq olub.

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUN 2026
Bütün Xəbərlər