MM-in növbədənkənar sessiyasında bu məsələlər müzakirə olunacaq

MM-in növbədənkənar sessiyasında bu məsələlər müzakirə olunacaq
25.06.2026 14:59 Daxili siyasət

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının tarixi və gündəliyi açıqlanıb.

TodayPress TV xəbər verir ki, iyunun 30-da keçirilməsi nəzərdə tutulan iclasın gündəliyinə 14 məsələnin müzakirəsi daxil edilib.

Həmin məsələlər aşağıdakılardır:

1. "Metrik Konvensiya"ya qoşulmaq haqqında qanun layihəsi

2. "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi (üçüncü oxunuş)

3. Cinayət-Prosessual Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində və "İcra haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş)

4. Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş)

5. İnzibati Xətalar Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş)

6. Mənzil Məcəlləsində, "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" və "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş)

7. "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya qanun layihəsi (ikinci oxunuş)

8. "Dövlət qulluğu haqqında" və "Media haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)

9. "Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında", "İctimai iştirakçılıq haqqında" və "Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)

10. "Ümumi təhsil haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)

11. "Psixiatriya yardımı haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş)

12. "Büdcə sistemi haqqında", "Sığorta fəaliyyəti haqqında" və "Hesablama Palatası haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş)

13. "Gömrük tarifi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş)

14. Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində və "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).

TodayPress TV

XƏBƏR LENTİ
25 IYUN 2026
Bütün Xəbərlər