Milli Məclisin növbəti iclası başladı: Gündəlikdə 22 məsələ var
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb.
TodayPress TV xəbər verir ki, iclasın gündəliyində Azərbaycanla Sudan arasında diplomatik pasport sahibləri vizadan qarşılıqlı azad edilməsi barədə sazişin təsdiqi daxil olmaqla 22 məsələ var.
İclasa spiker Sahibə Qafarova sədrlik edir.