Azərbaycan rəqəmsal inkişaf və süni intellekt sahəsində regionun liderlərindən biri olmalıdır - Mehriban əliyeva

Azərbaycan rəqəmsal inkişaf və süni intellekt sahəsində regionun liderlərindən biri olmalıdır - Mehriban əliyeva
29.06.2026 19:35 Daxili siyasət

Qqarşıda duran hədəflərə nail olmaq üçün bütün dövlət qurumlarının birgə, fəal və səmərəli fəaliyyəti vacibdir.

TodayPress TV xəbər verir ki, bunu Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rəqəmsal İnkişaf Şurasının ilk iclasında bildirib.

O vurğulayıb ki, əsas məqsəd Azərbaycanı rəqəmsal inkişaf və süni intellekt sahələrində regionun aparıcı dövlətlərindən birinə çevirməkdir.

Birinci vitse-prezident qeyd edib ki, bu istiqamətdə xarici və beynəlxalq təcrübə diqqətlə öyrənilməli, uğurlu modellərdən faydalanılmalıdır. Bununla yanaşı, bütün qərarların Azərbaycanın milli maraqları və ölkənin ehtiyacları nəzərə alınmaqla qəbul edilməsinin vacibliyi xüsusi qeyd olunub.

TodayPress TV

XƏBƏR LENTİ
29 IYUN 2026
Bütün Xəbərlər