Şıxovdan dənizə axıdılır - Əhali narahat olub, yerin altını dinləyir

Şıxovdan dənizə axıdılır - Əhali narahat olub, yerin altını dinləyir
18.06.2026 14:46 Cəmiyyət

Sosial şəbəkələrdə Şıxov çimərliyində dənizə naməlum mayenin axıdılmasını əks etdirən görüntülər yayılıb. Həmin görüntülər geniş müzakirələrə səbəb olub. Məlumata görə, kadrlarda uzun boru vasitəsilə çirkab suya bənzər mayenin birbaşa Xəzər dənizinə axıdıldığı görünür.

Məsələ ilə bağlı TodayPress TV-yə açıqlama verən ekoloq Sadiq Həsənov görüntülərin ilk baxışdan çirkab su axıdılmasına bənzəmədiyini bildirib.


Onun sözlərinə görə, videoda görünən axın böyük ehtimalla dənizdə aparılan dərinləşdirmə və ya qazıntı işləri zamanı dənizin dibindən çıxarılan çöküntü və qruntun nasos vasitəsilə başqa əraziyə ötürülməsidir.

“Bu, qazıntı zamanı yaranan axındır. Dənizin bir hissəsini dərinləşdirmək üçün qazılmış material nasos vasitəsilə daha dərin hissəyə vurulur. Videoda görünən buna oxşayır”, – deyə ekspert qeyd edib.

Ekoloq vurğulayıb ki, çirkab suların bu şəkildə və belə məsafəyə axıdılması həm texniki, həm də maliyyə baxımından real görünmür.

“Bu qədər dərinliyə çirkab suyu axıtmaq üçün xüsusi boru kəməri çəkmək lazımdır. Bunun üçün icazələr və ciddi maliyyə vəsaiti tələb olunur. Adətən çirkab suları dənizə sahilboyu açıq kanallar və ya axın xətləri vasitəsilə axıdılır”, – deyə o bildirib.

Qeyd edək ki, hazırda görüntülərdə əks olunan mayenin tərkibi və mənbəyi ilə bağlı rəsmi məlumat açıqlanmayıb.

Xanım Musayeva

TodayPress TV


XƏBƏR LENTİ
18 IYUN 2026
Bütün Xəbərlər