Qalmaqallı dindar qadın Azərbaycana qarşı savaş açdı: Azərbaycandan İrana "hicrət" etdik, rahat yaşamaq üçün...
Azərbaycanda xarici xidmət orqanlarına bağlı olan şəxslərin ölkəmiz əleyhinə fəaliyyətləri ortaya çıxmaqdadır. Sosial şəbəkələrdə Samirə Cəfərova adlı qadının paylaşımı da bu qəbildəndir.
TodayPress TV xəbər verir ki, o, “Facebook” hesabında ailəsi ilə birlikdə İrana “hicrət” etdiyini bildirib:
"Mən Samirə Cəfərova ailəmlə birgə Azərbaycanın cühud polislərinin əlindən İrana hicrət etdik. İslam hökmlərini rahat yaşamaq üçün”.
Paylaşım sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və çoxsaylı istifadəçilər tərəfindən tənqid edilib.

Qeyd edək ki, Samirə Cəfərova 2023-cü ildə Göyçayda qanunsuz dini yığıncaqlar təşkil etdiyi üçün 2 min manat cərimələndikdən sonra sərbəst buraxılıb. Onun bununla bağlı yaydığı səs yazısında "rəhbəri" İranın dini lideri Seyid Əli Xameneiyə canını belə qurban verməyə hazır olduğunu, “iki min manat cərimə azdır, elə bilirdim məni həbs edəcəksiniz, canımı alacaqsınız” deməsi cəmiyyətdə rezonans yaradıb.
Qiymət Mahir