Meşələr qırılır, kəndlilər susmur: Gərginlik artır - VİDEO

Cəmiyyət

04.05.2026 11:17

Gürcüstan Respublikası Bolnisi rayonu Darvaz dərəsi dağlarında aparılan qazıntı, meşə ərazisinin kütləvi şəkildə qırılması bölgədə yerləşən 6 kəndin sakinlərini narahat edir. Dəmirli kənd sakini olan fermer Almaz Nəsibov da onlardan biridir. 

TodayPress TV xəbər verir ki, ərazidə aparılan işlərlə bağlı hələdə heç bir qurum yerli sakinləri məlumatlandırmayıb.

Darvaz dərəsi sakinləri öz doğma yurdlarını qoruyacaqlarını bildirirlər. 

Ərazidə fəaliyyət göstərən şirkətə məxsus nəqliyyat vasitələri artıq yerli sakinlərin mülklərinə ziyan vurmaqdadır. 3 gün ərzində Almaz Nəsibovun 2 iti bölgədə fəaliyyət göstərən CMG şirkətinə məxsus maşın tərəfindən vurulub. 

Nicat Osmanlı

TodayPress TV

tag: Darvaz,Kənd,Bolnisi,Dəmirli,Todaypress.tv,