"İnsan alverinə qarşı mübarizə" mövzusunda təlim keçildi

"İnsan alverinə qarşı mübarizə" mövzusunda təlim keçildi
13.12.2025 12:45 Cəmiyyət

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi tərəfindən Azərbaycan Dövlət Neft və Sənaye Universitetində tələbələr üçün maarifləndirici tədbir təşkil edilib.

TodayPress TV xəbər verir ki, təlim "İnsan alverinə qarşı mübarizə" mövzusuna həsr olunub.

Tədbirdə Agentliyin əməkdaşları, ADNSU-nun nümayəndələri və universitet tələbələri iştirak ediblər.

Təlim çərçivəsində Sosial Xidmətlər Agentliyinin mütəxəssisləri tələbələrə Mərkəzin fəaliyyət istiqamətləri, insan alveri qurbanlarına göstərilən sosial-psixoloji dəstək və reabilitasiya xidmətləri haqqında ətraflı məlumat veriblər.

İnsan alveri anlayışının mahiyyəti, onun müxtəlif formaları, bu problemin müasir cəmiyyət üçün təşkil etdiyi təhlükələrə diqqət çəkilib. Gənclərin məlumat çatışmazlığı, emosional və psixoloji həssaslıq kimi amillər səbəbindən insan alveri qurbanına çevrilmə riski daha yüksək olan qrupa aid olduğu vurğulanıb.

Tələbələrlə müzakirələr aparılıb, onların sualları cavablandırılıb.

TodayPress TV

FOTOLAR

"İnsan alverinə qarşı mübarizə" mövzusunda təlim keçildi — 1
"İnsan alverinə qarşı mübarizə" mövzusunda təlim keçildi — 2
XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər