Qobustan RMX-də üç il ərzində 229 minə yaxın şəxsə tibbi xidmət göstərilib - TƏBİB
Qobustan şəhər sakini olan 50 min nəfərə yaxın əhali üçün fəaliyyət göstərən Qobustan Rayon Mərkəzi Xəstəxanası (RMX) 2023–2025-ci illər ərzində əhaliyə göstərilən tibbi xidmətlərlə bağlı statistikanı açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə Qobustan RMX-yə təşkil olunan mediatur çərçivəsində TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, hazırda 70 çarpayılıq xəstəxanada 14 tibbi və 7 qeyri-tibbi şöbə fəaliyyət göstərir. Xəstəxanada 349 əməkdaş çalışır, onlardan 61-i həkim, 89-u orta tibb işçisi, 199-u isə digər heyətin üzvləridir.
Töhfə Səməd