BDU-nun magistrantlarına sertifikatlar təqdim olundu

BDU-nun magistrantlarına sertifikatlar təqdim olundu
13.06.2025 09:57 Mədəniyyət

2024/2025-ci tədris ilindən başlayaraq Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin magistratura pilləsində “Mədəniyyət hüququ” ixtisaslaşması üzrə kadr hazırlığı həyata keçirilir.

TodayPress TV xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə bu ixtisas üzrə təhsil alan magistrantların bilik və bacarıqlarının artırılması məqsədilə onların bir qrupu 2024-cü ilin dekabr ayında Türkiyəyə ezam olunub.

Layihə Azərbaycan-Türkiyə Mədəniyyət üzrə Birgə Komissiyasının Ankara və Bakı şəhərlərində reallaşan iclaslarında əldə edilmiş razılığa uyğun olaraq həyata keçirilib.

İyunun 12-də Mədəniyyət Nazirliyində Türkiyədə təcrübə keçmiş magistrantlara qardaş ölkənin Mədəniyyət və Turizm Nazirliyinin sertifikatları təqdim olunub.

Mədəniyyət nazirinin müavini Fərid Cəfərov layihənin əhəmiyyətini vurğulayıb, magistrantlara uğurlar arzulayıb. 

Qeyd edək ki, BDU-nun magistrantları ezamiyyət zamanı Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Hüquq Müşavirliyi və mədəni sərvətlərin bərpası üzrə laboratoriyaların fəaliyyəti ilə yaxından tanış olublar.

Tələbələr abidələrin bərpa və konservasiyası, qorunması sahəsində Türkiyənin qabaqcıl mütəxəssisləri görüşüb, laboratoriyalarda bərpa prosesini əyani şəkildə izləyiblər.

Bundan əlavə, proqram çərçivəsində tələbələr mədəniyyət sərvətlərinin ölkədən qanunsuz çıxarılması və gətirilməsinin qarşısının alınmasına yönələn UNESCO-nun 1970-ci il Konvensiyasının tətbiqi ilə bağlı məlumat alıblar.

Səfər çərçivəsində magistrantlar eyni zamanda Türkiyə inzibati məhkəmə orqanı – Danıştay, Ankara Bölgə İdarə Məhkəməsi və ölkəmizin Türkiyədəki səfirliyinin tabeliyindəki Azərbaycan Mədəniyyət Mərkəzində də olub, qurumların fəaliyyəti ilə yaxından tanış olmaq imkanı qazanıblar.

FOTOLAR

BDU-nun magistrantlarına sertifikatlar təqdim olundu — 1
BDU-nun magistrantlarına sertifikatlar təqdim olundu — 2
BDU-nun magistrantlarına sertifikatlar təqdim olundu — 3
BDU-nun magistrantlarına sertifikatlar təqdim olundu — 4
XƏBƏR LENTİ
03 IYUN 2026
Müəllim olmaq istəyənlər DİQQƏT! Sənəd qəbulu başlandı 12:01 Gürcüstanda kütləvi DEPORTASİYA: Aralarında Azərbaycanlılar da VAR 11:58 Ölkəyə kiberhücumlar artır - Prezidentin yaratdığı qurumun hədəfləri 11:44 Dünyanın ən böyük dəfni: kütlə Xomeyninin kəfənini parçaladı və.. 11:36 Sirli ölümlər davam edir: İtkin düşən alimlərdən birinin cəsədi tapıldı 11:33 Menşik Lendlin 45 illik rekordunu geridə qoydu 11:29 “Ferrari” və Lekler birlikdə zirvəyə yürüşü davam etdirəcək 11:15 Azərbaycan – Macarıstan matçında fit sloveniyalı hakimdə olacaq 11:04 Abituriyentlərin NƏZƏRİNƏ - Bazar günü imtahan VAR! 11:00 Socar BP-dən daha böyük oldu 10:47 Naxçıvana hücum edən - Dünyanın ən böyük dövləti məğlub oldu - Yazılar ortaya çıxdı 10:45 Rubio hədəf göstərdi: Ermənistan qarışacaq! 10:38 Donetskdə sərnişin avtobusu belə VURULDU - ANBAAN VİDEO 10:37 Millimiz Avropa çempionatında finalın astanasında 10:30 Bu zolaqdan keçən hər gəmiyə Amerika bombası düşür - Qəribə zona 10:21 İsraili indi ancaq Tanrı xilas edə bilər və ya Cənubi Livanı işğalı 10:15 Millimizin Dünya Kubokundakı taleyini müəyyənləşdirəcək gün 10:11 Rusiya tüstülənir - Dünyanın ən böyük ölkəsi bombalar altında 10:09 Enrikenin PSJ-dən ayrılığı üçün tək bir şərt var 09:57 Azərbaycan nefti enişə keçdi? - Bu günə olan QİYMƏTLƏR 09:55 “Real” müdafiəni gücləndirdi: Dumfris gəlir 09:50 SON DƏQİQƏ! Sərnişin avtobusuna PUA hücumu - 7 ölü 09:43 Madrid nəhəngi seçki qalmaqalına cavab verdi 09:35 Neft bazarında kəskin bahalaşma - Neçəyə təklif olunur? 09:26 Sizi and verirəm Allaha, şəhidlərdən əl çəkin! 09:15 Bütün Xəbərlər