AMB iki investisiya şirkətinə icrası məcburi göstəriş verdi

AMB iki investisiya şirkətinə icrası məcburi göstəriş verdi
29.05.2025 14:48 Maliyyə

Azərbaycan Mərkəzi Bankı (AMB) “CPM-İnvest İnvestisiya Şirkəti” və “Troni İnvestisiya Şirkəti” QSC-lərə icrası məcburi göstəriş verib. 

TodayPress TV bu barədə AMB-yə istinadən xəbər verir. 

Məlumata görə, aparılmış tematik yoxlamalar çərçivəsində hər iki investisiya şirkətində “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nın tələblərinə tam əməl edilmədiyi aşkarlanıb.

Bununla bağlı investisiya şirkətlərinə xəbərdarlıq edilib, pozuntuların ən qısa zamanda aradan qaldırılması üçün icrası məcburi göstəriş verilib.

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər