Məcnun Məmmədov BMT-nin Qida Sistemləri üzrə II Sammitində çıxış etdi

Məcnun Məmmədov BMT-nin Qida Sistemləri üzrə II Sammitində çıxış etdi
30.07.2025 14:47 Kənd Təsərrüfatı

Sammit çərçivəsində ikitərəfli görüşlər keçirilib 

Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində BMT-nin Qida Sistemləri üzrə II Sammiti (UNFSS+4) işə başlayıb.

Bu barədə TodayPress TV-yə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Tədbirdə təşkilata üzv ölkələrin dövlət və hökumət başçıları, ekologiya və kənd təsərrüfatı üzrə nazir və nazir müavinləri, o cümlədən ətraf mühit və qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən digər yüksək səviyyəli rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. 

Tədbir çərçivəsində Nazirlərin Yüksək Səviyyəli Toplantısında çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov artan çağırışlar fonunda bəşəriyyətin gələcəyi üçün qida sistemlərinin transformasiyasının mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. İqlim dəyişikliyi və digər qlobal çağırışların aqro-ərzaq sistemlərinə təhdid yaratdığını deyən nazir vaxtında və koordinasiya olunmuş fəaliyyətin vacib olduğunu, qida sistemlərinin transformasiyasının zəruri olduğunu diqqətə çatdırıb. Nazir Məcnun Məmmədov əlavə edib ki, elm və innovasiya kənd təsərrüfatının transformasiyasının mərkəzində olmalı, aqrar sahədə innovasiya və davamlılığı təşviq etmək üçün birgə layihələr həyata keçirilməli, texnologiya transferi təşəbbüsləri və maraqlı tərəflər arasında ən yaxşı təcrübələrin mübadiləsi təşviq olunmalıdır.  

Nazir Məcnun Məmmədov ötən ilin noyabrında Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əhəmiyyətinə toxunub, Azərbaycanın uğurla təşkil etdiyi bu beynəlxalq tədbirdə iqlim maliyyəsi üzrə tarixdə ilk dəfə mühüm razılığın əldə olunduğunu vurğulayıb. Nazir Məcnun Məmmədov Azərbaycanın qida sistemlərinin transformasiyası istiqamətində qlobal səyləri dəstəklədiyini və bütün tərəfdaşlarla əməkdaşlığa hazır olduğunu qeyd edib. 

Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov BMT-nin Qida Sistemləri üzrə II Sammiti (UNFSS+4) çərçivəsində Somali, Efiopiya, Ruanda respublikalarının kənd təsərrüfatı nazirləri, eləcə də Konqo Respublikasının xarici işlər və əməkdaşlıq naziri Jan-Klod Qakosso və Afrika İttifaqının Kənd təsərrüfatı komissarı Moses Vilakati ilə görüşüb. Görüşlərdə Afrika dövlətləri ilə aqrar sahədə əməkdaşlığın və hüquq-müqavilə bazasının gücləndirilməsi, kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, iş adamları arasında əlaqələrin genişləndirilməsi, azərbaycanlı sahibkarların Afrika ölkələrində investisiya imkanlarını dəyərləndirməsi, müasir texnologiyaların transferi, aqrar sahədə elmi-tədqiqat və təhsil üzrə əməkdaşlıq, beynəlxalq təşkilatlar səviyyəsində ölkələrin bir-birini dəstəkləməsi məsələləri müzakirə olunub. Görüş zamanı afrikalı rəsmilər Azərbaycanın COP29 tədbirini yüksək səviyyədə təşkil etdiyini, elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid sahəsində Azərbaycanın böyük uğurlar əldə etdiyini, bu sahədə ölkəmizin təcrübəsini öyrənməkdə, kənd təsərrüfatı sahəsində əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını vurğulayıblar. 

Səfər çərçivəsində nazir Məcnun Məmmədov Melkassa Aqrar Tədqiqatlar Mərkəzinin fəaliyyəti ilə tanış olub, sınaq əkin sahələrinə baş çəkib. Bildirilib ki, mərkəzdə aqrar sahədə məhsuldarlığın artırılması, iqlim dəyişikliyinin əkinçiliyə təsiri, zərərvericilərə qarşı mübarizənin təkmilləşdirilməsi istiqamətində tədqiqatlar aparılır və davamlı əkinçilik təcrübələri təşviq olunur.

FOTOLAR

Məcnun Məmmədov BMT-nin Qida Sistemləri üzrə II Sammitində çıxış etdi — 1
Məcnun Məmmədov BMT-nin Qida Sistemləri üzrə II Sammitində çıxış etdi — 2
Məcnun Məmmədov BMT-nin Qida Sistemləri üzrə II Sammitində çıxış etdi — 3
Məcnun Məmmədov BMT-nin Qida Sistemləri üzrə II Sammitində çıxış etdi — 4
Məcnun Məmmədov BMT-nin Qida Sistemləri üzrə II Sammitində çıxış etdi — 5
Məcnun Məmmədov BMT-nin Qida Sistemləri üzrə II Sammitində çıxış etdi — 6
Məcnun Məmmədov BMT-nin Qida Sistemləri üzrə II Sammitində çıxış etdi — 7
Məcnun Məmmədov BMT-nin Qida Sistemləri üzrə II Sammitində çıxış etdi — 8
Məcnun Məmmədov BMT-nin Qida Sistemləri üzrə II Sammitində çıxış etdi — 9
XƏBƏR LENTİ
04 IYUN 2026
Abbas Əraqçi ilə Ceyhun Bayramov Yaxın Şərqdəki gərginliyi müzakirə etdilər 19:04 Rusiya XİN: Azərbaycanla münasibətlər müsbət ritminə qayıdıb 18:54 Ceyhun Bayramov Braziliyanın yeni səfirini qəbul etdi 18:41 altı ölkənin üzvlüyünün sürətləndirilməsini nəzərdən keçirir 18:12 Muxtar Babayev və Katrin Şneberger iqlim çağırışlarını müzakirə etdilər 18:14 İtaliya nüvə enerjisinə qayıdır: Parlament mühüm qanun layihəsini təsdiqlədi 18:05 Küveyt vəliəhdi Azərbaycan liderini təbrik etdi 17:50 Qətər Əmiri Prezidenti təbrik etdi 17:45 Öncə Tatarıstan, sonra isə bütün Rusiya... — Milyonluq tibb layihəsinin pərdəarxası... 17:43 Bəhreyn vəliəhdi İlham Əliyevi təbrik etdi 17:42 33 ildən sonra ilk dəfə: ermənilər Türkiyəyə girdi - VİDEO 17:38 Fransa millisinin yeganə problemi nədir? Deşam cavab verdi 17:35 BTR-80: Sovet-Rusiya zirehli texnikasının ən çox yayılmış nümayəndəsi 17:32 “Napoli”də bir dövr başa çatdı: Konte getdi! 17:25 Natali Aleksanyandan açıqlamalar: 102-ci bazadakılar, revanşislər və terrorçular... 17:19 “Qarabağ” azarkeşlərini maraqlandıran suala cavab gəldi! 17:13 “Bayquşlar” lider futbolçusunu komandada saxladı! 17:00 Dinc dayanmırlar, sonra da maşın yanır - Çin avtomobilləri ilə bağlı müzakirə böyüyür 16:55 Mumiyadan çörək bişirildi - 5300 illik “möcüzə 16:43 Leverkuzen klubu gələcəyini ispaniyalı mütəxəssisə həvalə etdi! 16:43 Rusiya sanksiya qoydu: Erməni məhsulları Azərbaycan bazarına tökülür? 16:35 Livanda BMT sülhməramlıları [[həlak oldu ]] 16:32 Seçki öncəsi səs-küylü vəd: Milli komandanın ulduzu hədəfdədir! 16:29 Onlayn sifariş edilən məhsulların tərkibinə diqqət edin! 16:27 Azərbaycandan Ermənistana 2500 tona yaxın dizel yanacağı göndərildi 16:13 Bütün Xəbərlər