Livanda BMT sülhməramlıları [[həlak oldu ]]

Livanda BMT sülhməramlıları [[həlak oldu

]]
04.06.2026 16:32 Dünya

Livanın cənubunda BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) sülhməramlı missiyasında xidmət edən serb hərbçi minaatan atəşi nəticəsində aldığı yaralardan dünyasını dəyişib.

TodayPress TV xəbər verir ki, bu barədə BMT məlumat yayıb.

Hadisə Marjayun yaxınlığında yerləşən mövqelərin atəşə tutulması zamanı baş verib. Hücum nəticəsində daha iki sülhməramlı – İspaniya vətəndaşı olan hərbçilər yaralanıb.

Yaralı sülhməramlılar UNIFIL-in hərbi bazasında müalicə alırlar.

UNIFIL hadisənin başvermə şəraitini müəyyənləşdirmək üçün araşdırmaya başladığını bildirib. Missiya həlak olan hərbçinin ailəsinə, yaxınlarına və həmkarlarına başsağlığı verib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər