Kremlin “Stepanakert” oyununa Bakıdan SƏRT TƏPKİ: “Bu, hörmətsizlikdir!”

Kremlin “Stepanakert” oyununa Bakıdan SƏRT TƏPKİ: “Bu, hörmətsizlikdir!”
01.08.2025 13:36 Təhlil

“Rusiya Federasiyasının rəsmi dövlət agentliyi olan TASS-ın Xankəndidə erməni əsilli marinist rəssam İvan Ayvazovskinin abidəsinin sökülməsi ilə bağlı yayımladığı materialda Azərbaycanın Xankəndi şəhərinin Stepanakert adlandırılması, daha sonra isə yazının sərlövhəsində dəyişiklik edilərək “Stepanakert” sözünün “Xankəndi” yox, “Dağlıq Qarabağ” ifadəsi ilə əvəzlənməsi rəsmi Kremlin mövqeyi kimi qiymətləndirilməlidir”. 

Politoloq Rəşad Bayramov bunu TodayPress TV-yə açıqlamasında bildirib.

O, bu addımı Rusiyanın Azərbaycana qarşı başlatdığı planlı kampaniyanın bir hissəsi kimi qiymətləndirib:

“AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulması, Rusiyada yaşayan soydaşlarımıza qarşı qanunsuzluqlar, iş adamlarımıza və diaspora nümayəndələrimizə edilən hücumlar, eləcə də Rusiyanın müxtəlif media qurumlarında rəsmi şəxslər tərəfindən Azərbaycana qarşı səsləndirilən təhdid və təhqirlər birbaşa rəsmi Kremlin mövqeyidir. 

Rusiya yaxşı bilir ki, Azərbaycanda “Stepanakert” adlı yer mövcud deyil. Bu ifadənin işlədilməsi Azərbaycanın ərazi bütövlüyünə qarşı açıq-aşkar hörmətsizlik və siyasi mövqe nümayişidir. Bu baxımdan Azərbaycan Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı ortaya qoyduğu mövqe tamamilə əsaslı və məntiqlidir”.

Analitikin fikrincə, Rusiya bu təzyiq kampaniyası ilə təkcə Azərbaycanda deyil, ümumilikdə Cənubi Qafqazda itirdiyi mövqeləri bərpa etməyə çalışır. Lakin rəsmi Moskva təzyiq yolu ilə heç bir nəticə əldə edə bilməyəcəyini qəbul etmək istəmir. Azərbaycan indiyə qədər bu cür cəhdlərin heç birinə boyun əyməyib.

Ekspertə görə, Rusiya Azərbaycan və digər ölkələrlə münasibətlərdəki gərginliyi aradan qaldırmaq istəyirsə, ilk növbədə öz mövqeyinə yenidən baxmalı, təzyiq yolunu deyil, üzərinə düşən öhdəlikləri yerinə yetirməyi seçməlidir. 

“Rusiyanın “rəsmi” və “qeyri-rəsmi” hücumlarının hamısı eyni siyasi mərkəzdən idarə olunur. “Qeyri-rəsmi” ona görə ki, media qurumları nə qədər müstəqil olduqlarını iddia etsələr də, faktiki olaraq birbaşa Kremlin təsiri altındadırlar. Rusiya Prezidenti Vladimir Putinin hakimiyyəti dövründə ölkədə müstəqil medianın varlığından danışmaq isə sadəlövhlük olar", - deyə analitik öz fikirlərini yekunlaşdırıb.

Qeyd edək ki, iyulun 31-də Rusiya Federasiyasının TASS informasiya agentliyi “Stepanakertdə Ayvazovskinin abidəsi söküldü” sərlövhəli xəbər yayıb. Maraqlısı odur ki, bu, uzun illər agentliyin rəhbərliyində yer alan Mixail Qusmanın vəzifədən uzaqlaşdırılmasından dərhal sonra baş verib. 

Məsələyə münasibət bildirən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, Rusiya Federasiyasının rəsmi dövlət agentliyi olan TASS-da Azərbaycanın Xankəndi şəhərinin Stepanakert adlandırılması ölkəmizin ərazi bütövlüyünə hörmətsizlik və təhqiramiz addım kimi qiymətləndirilir.

Həmçinin, Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC Rusiyanın TASS agentliyinə rəsmi etiraz bəyanatı yayıb. Bildirilib ki, bu ad erməni bolşevik lideri və azərbaycanlılara qarşı qətliamlarla tanınan Stepan Şaumyana istinadən istifadə olunur və bu addım Azərbaycan xalqının hisslərinə qarşı hörmətsizlikdir. 

Qiymət Mahir

FOTOLAR

Kremlin “Stepanakert” oyununa Bakıdan SƏRT TƏPKİ: “Bu, hörmətsizlikdir!” — 1
XƏBƏR LENTİ
03 IYUN 2026
Enrikenin PSJ-dən ayrılığı üçün tək bir şərt var 09:57 Azərbaycan nefti enişə keçdi? - Bu günə olan QİYMƏTLƏR 09:55 “Real” müdafiəni gücləndirdi: Dumfris gəlir 09:50 SON DƏQİQƏ! Sərnişin avtobusuna PUA hücumu - 7 ölü 09:43 Madrid nəhəngi seçki qalmaqalına cavab verdi 09:35 Neft bazarında kəskin bahalaşma - Neçəyə təklif olunur? 09:26 Sizi and verirəm Allaha, şəhidlərdən əl çəkin 09:15 Payıza qədər: Zelenski və Putin yeni müharibə planı hazırladı - Böyük qarşıdurma indi başlayır 08:59 Avropada gözlənilməz proses başladı: Rumıniya Moldova birləşir 08:51 Seçkidən 5 gün əvvəl Nikol Ərdoğana zəng etdi: Bayramınız mübarək, cənab prezident! 08:46 Rusiya yüz minlik erməni ordusunu İrəvana soxmağa hazırlaşır - Seçkinin ilginc ssenarisi 08:38 Stavropolda "böyük Ermənistan" qurdular - REPLİKA 08:29 Kanalizasiya lyukları öldürür - Özünüzü qoruyun - VİDEO 08:21 Gecə döyüşləri davam edib: İranla ABŞ arasında mini müharibə başladı/VİDEO 08:08 Ukrayna Rusiyanı qəlbindən vurdu - İlk dəfə Peterburqda alovlar yüksəldi/VİDEO 08:01 Almaniyada ilk robotaksilər işə salınacaq 00:03 Diş fırçası ilə bağlı bir çox insanın etdiyi SƏHV: İnfeksiya riskini artırır 00:01 Mərdəkan və Qala qəsəbələrində yeni cüdo zalları istifadəyə verildi 23:45 Moskvadan Londona cavab - beş britaniyalı sanksiya siyahısına salındı 22:25 "Meta"nın söhbət robotu "Instagram" hesablarını ələ keçirir - KİV 22:53 Günəşdə "ürək döyüntüsü" aşkarlandı: Yer kürəsinə təsir edə bilər 22:39 Roman Qofman "Mossad"ın rəhbəri vəzifəsinin icrasına başladı 00:48 Avropa çempionatı: Yarımfinal cütləri dəqiqləşib, Azərbaycan millisinin rəqibi bəlli olub 01:24 Avropa çempionatı: Azərbaycan millisi Çexiyanı məğlub edərək yarımfinala yüksəldi 01:19 Səhvən dünyanın ən varlı adamı olan azərbaycanlının başı bəlaya düşdü 00:13 Bütün Xəbərlər