Avropa çempionatı: Yarımfinal cütləri dəqiqləşib, Azərbaycan millisinin rəqibi bəlli olub
Slovakiyada keçirilən minifutbol üzrə Avropa çempionatında yarımfinal cütləri müəyyənləşib.
TodayPress TV xəbər verir ki, bu, 1/4 final mərhələsinin oyunlarından sonra dəqiqləşib.
Finala gedən yolda Macarıstan Ukraynaya, Azərbaycan millisi isə Serbiyaya rəqib olub.
Xatırladaq ki, yarımfinal matçları iyunun 3-də, final görüşü isə 4-də baş tutacaq. Azərbaycan komandası 1/4 finalda Çexiyanı məğlub edib - 5:2.