Naxçıvanda Kənd Təsərrüfatı Laboratoriyaları Mərkəzinin binası tikiləcək

Naxçıvanda Kənd Təsərrüfatı Laboratoriyaları Mərkəzinin binası tikiləcək
27.08.2025 09:42 Kənd Təsərrüfatı

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi Kənd Təsərrüfatı Laboratoriyaları Mərkəzi binasının layihələndirilməsi xidmətinin satınalınmasına başlayıb. 

TodayPress TV xəbər verir ki, uyğun layihə seçildikdən sonra binanın tikintisinə başlanacaq. 

Yeni binanın tikintisi Mərkəzin fəaliyyətlərinin daha da genişlənməsinə xidmət edəcək. Hazırda Nazirliyin binasında yerləşən Laboratoriya Mərkəzi fermerlərə torpaq analizlərinin, aqrokimyəvi analizlərin aparılması ilə bağlı xidmətlər göstərir. 

Qeyd edək ki, torpaq analizləri aqrar subsidiyaların alınması üçün vacib prosedurlardandır.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər