Avropa etiraf etdi: “Qarabağ” Çempionlar Liqasında tarix yazır

Avropa etiraf etdi: “Qarabağ” Çempionlar Liqasında tarix yazır
04.02.2026 09:34 UEFA

UEFA Çempionlar Liqasının Liqa mərhələsi ilə bağlı yayımlanan rəsmi statistik icmalda “Qarabağ” klubuna xüsusi yer ayrılması Azərbaycan futbolu baxımından mühüm hadisədir. Bu, təkcə bir neçə qələbənin qeyd olunması deyil, həm də klubun Avropa miqyasında formalaşmış imicinin göstəricisidir.

UEFA-nın rəsmi saytı uefa.com-da dərc edilən maraqlı faktlar və rəqəmlər sırasında “Qarabağ”ın adı xüsusi vurğulanır. Qeyd olunur ki, Ağdam təmsilçisi Azərbaycan futbolu tarixində UEFA Çempionlar Liqasının qrup mərhələsində qalib gələn ilk klub olub. Bu tarixi uğur ilk oyun günündə Portuqaliyanın nəhəng klubu “Benfika” üzərində 3:2 hesablı qələbə ilə reallaşıb.


Bu nəticə təkcə sensasiya deyil, həm də “Qarabağ”ın Avropada favoritlərlə rəqabət aparmaq gücündə olduğunu sübut etdi. Üstəlik, həmin oyun klubun hücum potensialını və psixoloji davamlılığını ön plana çıxardı.

UEFA-nın diqqət çəkdiyi digər vacib məqam isə “Qarabağ”ın Avropa turnirlərində alman klublarını məğlub edən ilk Azərbaycan komandası olmasıdır. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv bu nailiyyətə 15-ci cəhddə nail olub. Bu fakt klubun uzun illər ərzində Avropada topladığı təcrübənin və səbrli strategiyasının nəticəsi kimi qiymətləndirilir.


Xatırladaq ki, “Qarabağ” Çempionlar Liqasının yeddinci oyun günündə “Ayntraxt Frankfurt”u 3:2 hesabı ilə məğlub edərək tarixini daha da zənginləşdirib. Hər iki qələbənin eyni hesabla qazanılması isə təsadüfdən çox, komandanın oyun üslubunun və riskə açıq futbol fəlsəfəsinin göstəricisidir.

“Qarabağ”ın Çempionlar Liqasının Liqa mərhələsindəki çıxışı Azərbaycan futbolu üçün sadəcə uğurlu nəticələr toplusu yox, keyfiyyətcə yeni mərhələyə keçidin göstəricisidir. Ağdam klubu bu mərhələdə artıq “təcrübə toplamaq” üçün çıxış edən komanda təsiri bağışlamadı; əksinə, oyunun taleyinə real təsir göstərən, rəqiblərini taktiki və psixoloji cəhətdən çətin vəziyyətə salan kollektiv kimi yadda qaldı.

Cari mövsüm “Qarabağ” üçün yalnız xal və qələbələrlə deyil, statusla ölçülür. UEFA-nın diqqəti, statistik vurğular və güclü liqa təmsilçiləri ilə bərabər oyun klubun Avropa futbolundakı yerinin möhkəmləndiyini göstərir.

Turnirin pley-off mərhələsində “Nyukasl Yunayted”lə duel bu yolun ən çətin döngələrindən biridir. Amma artıq bir həqiqət dəyişməzdir:

“Qarabağ” Çempionlar Liqasında təsadüfi qonaq deyil.

Namiq HUN

XƏBƏR LENTİ
03 IYUN 2026
Avtomobil satışı adı altında dələduzluq edən şəxs saxlanıldı 20:11 İran Küveyt və Bəhreynə hücumlarına bəraət qazandırdı: “Bu, özünümüdafiə idi” 20:11 Azərbaycan millisi Dünya Kubokunda növbəti qələbəsini qazandı 19:48 Sosial media fenomeninin istirahəti faciə ilə nəticələndi - VİDEO 19:53 Zelenski təsdiqlədi: NATO sammitində iştirak edəcək 19:35 “Qarabağ”dan qovulan Elvinə Avropadan təklif: Onu rəqib məşqçi istəyir! 19:23 "Biz bu müharibədə qərəzsiz vasitəçi deyilik" - Rubio etiraf etdi 18:53 ABŞ Livan və İsrail arasında təhlükəsizlik planının təsdiqini gözləyir 18:48 Küveyt İranın iki diplomatını ölkədən QOVDU 18:34 "Ermənistan seçim etməlidir" - Moskva İrəvanın qərarını gözləyir 18:26 Azərbaycan-Ukrayna hökumətlərarası komissiyasının iclası keçiriləcək 18:07 Avropanın nəhəngləri Vlahoviç uğrunda yarışa qoşuldu 17:47 Bəzi ərazilərə yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ 17:44 Gizlətmək mümkün olmadı: Küveyt hərbi bazasındakı dəhşətli dağıntı təsdiqləndi 17:39 Körfəzdə raket yağışı: 13 ballistik raket və 17 PUA 17:33 Tom Barak: Türkiyədən Yaxın Şərqə Uzanan Bir Güc Mərkəzi 17:25 Roma Papası İlham Əliyevi təbrik etdi 16:55 Tovuz təmsilçisinin avrokubok ümidləri davam edir 16:48 Ermənilərin qənimi, Bakı kriminalının unudulmuş əfsanəsi: Qoçu Tərlan - Zaur Əliyev yazır... 16:44 Hindistanlılar onları qətlə yetirən Hindistana qarşı: Bakı qırğın törədənlərdən cavab tələb edir 16:27 “Napoli” hücum xəttini gücləndirdi: Hoylund qalır 16:18 Tarix böyük münaqişələrin baş verəcəyini göstərir — Ramiz Yunus yazır... 16:06 Azərbaycan-Ermənistan sərhədində təxribat gözlənilir? 16:02 Dünyanın ən titullu futbolçusuna daha bir yüksək qiymət 15:55 Azərbaycanda vahid büdcə təsnifatı yeniləndi 15:53 Bütün Xəbərlər