"Onlar öz maraqları üçün sülhə mane olublar" - Natali Aleksanyan AÇIQLADI

"Onlar öz maraqları üçün sülhə mane olublar" - Natali Aleksanyan AÇIQLADI
08.08.2025 17:37 Təhlil

“Sülh sazişinin paraflanması Ermənistanın gələcəyi üçün taleyüklü dönüş nöqtəsi ola bilər, lakin bu, yalnız daxildəki xəyanətkar strukturlar, xüsusilə keçmiş “Qarabağ klanı”nın siyasi və hüquqi meydandan sıxışdırılıb çıxarıldığı təqdirdə mümkün olacaq. Məhz onlar onilliklər boyunca öz hakimiyyətlərini və maraqlarını dövlətin maraqlarından üstün tutaraq sülh proseslərinə mane olublar”.

Erməni jurnalist Natali Aleksanyan bunu TodayPress TV-yə açıqlamasında deyib. 

O, Vaşinqtonda baş tutacaq görüşdə müzakirə olunması gözlənilən mövzuları şərh edib. 

ATƏT-in Minsk qrupundan bəhs edən N.Aleksanyan bu qrupun çoxdan buraxılmalı olduğunu bildirib:

“ATƏT-in Minsk qrupu uzun illər ərzində siyasi fəaliyyətsizliyin simvoluna çevrilmişdi və bu status-kvonun qorunub saxlanmasının əsas tərəfdarları keçmiş “Qarabağ klanı”nın nümayəndələri idi. Onlar üçün bunu saxlamaq vacib idi ki, bu bəhanə ilə resursları və xalqın taleyini nəzarətdə saxlaya bilsinlər. Bu gün həmin qrupun buraxılması zəruri və çoxdan gecikmiş addımdır”.

Jurnalist Ermənistan ilə ABŞ arasında imzalanacaq sazişlərdən də danışıb:

“Ermənistan ilə ABŞ arasında imzalanacaq yeni ikitərəfli sazişlər ölkənin milli təhlükəsizlik sistemini yenidən qurmaq gücünə malikdir. Lakin bu prosesdə son dərəcə ehtiyatlı davranmaq lazımdır ki, keçmiş “Qarabağ klanı”nın revanşist və kölgə əlaqələri bu təşəbbüsə zərər vurmasın. Məhz bu qüvvələr uzun illər ərzində Ermənistanın diplomatik əlaqələrini təhrif edərək dövlət maraqlarına zidd fəaliyyət göstəriblər”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın dəvətilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan hazırda ABŞ-də rəsmi səfərdədirlər. Bakı vaxtı ilə 22:30-da görüşlər başlanacaq. 

Sülh sazişinin paraflanması, ATƏT-in Minsk qrupundan birgə çıxış barədə bəyanat, ABŞ ilə ikitərəfli sazişlər, Zəngəzur dəhlizinin açılması məsələsinin müzakirəsi gözlənilir. 

Qiymət Mahir

FOTOLAR

"Onlar öz maraqları üçün sülhə mane olublar" - Natali Aleksanyan AÇIQLADI — 1
XƏBƏR LENTİ
04 IYUN 2026
33 ildən sonra ilk dəfə: ermənilər Türkiyəyə girdi - VİDEO 17:38 Fransa millisinin yeganə problemi nədir? Deşam cavab verdi 17:35 BTR-80: Sovet-Rusiya zirehli texnikasının ən çox yayılmış nümayəndəsi 17:32 “Napoli”də bir dövr başa çatdı: Konte getdi! 17:25 Natali Aleksanyandan açıqlamalar: 102-ci bazadakılar, revanşislər və terrorçular... 17:19 “Qarabağ” azarkeşlərini maraqlandıran suala cavab gəldi! 17:13 “Bayquşlar” lider futbolçusunu komandada saxladı! 17:00 Dinc dayanmırlar, sonra da maşın yanır - Çin avtomobilləri ilə bağlı müzakirə böyüyür 16:55 Mumiyadan çörək bişirildi - 5300 illik “möcüzə 16:43 Leverkuzen klubu gələcəyini ispaniyalı mütəxəssisə həvalə etdi! 16:43 Rusiya sanksiya qoydu: Erməni məhsulları Azərbaycan bazarına tökülür? 16:35 Livanda BMT sülhməramlıları [[həlak oldu ]] 16:32 Seçki öncəsi səs-küylü vəd: Milli komandanın ulduzu hədəfdədir! 16:29 Onlayn sifariş edilən məhsulların tərkibinə diqqət edin! 16:27 Azərbaycandan Ermənistana 2500 tona yaxın dizel yanacağı göndərildi 16:13 Bütün Ermənistan Azərbaycanca danışmağa başladı - Seçkilərə damğa vuran olaylar 15:57 Perinatal Mərkəzin sabiq direktoru həbs olundu 15:49 Bir dövr başa çatdı: “Sabah” kapitanı ilə vidalaşdı! 15:37 Vilayət Eyvazov gələcəyin polislərini işə qəbul etdi 15:34 Naxçıvanda tapılan İlandağ yazısı Ermənistanı qarışdırdı - GÖRÜNTÜLƏR 15:17 Azərbaycan avtonom nəqliyyat vasitələrinin tətbiqinə hazırlaşır 15:06 DTX bu istiqamətdə fəaliyyətə başladı 14:53 Düşməni məğlub edib hakimiyyəti Cəbhəyə qapdırmalı, yoxsa torpaqları təslim edib, hakimiyyəti ələ almalı idi? - Surət Hüseynov müəmması 14:38 Türkiyə idman cameəsini sarsıdan qərar açıqlandı! 14:34 Azərbaycanda bir ildə min nəfər niyə boşandığı şəxslə təkrar evlənib? - Pula görə inanılmaz əməllər törədiblər 14:31 Bütün Xəbərlər