Bir dövr başa çatdı: “Sabah” kapitanı ilə vidalaşdı!
“Sabah” FK klub tarixində ən çox oyun keçirmiş futbolçusu olan Amin Seydiyev ilə yollarını ayırıb.
TodayPress TV xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, klub rəhbərliyi ilə kapitan Amin Seydiyev arasında mövsümün sonunda başa çatan müqavilənin müddəti uzadılmayıb və tərəflər ayrılıq qərarı veriblər.
Qeyd edək ki, 27 yaşlı müdafiəçi 2020-ci ildən etibarən “Sabah”ın formasını geyinirdi. O, bu müddət ərzində komandanın heyətində 186 oyuna çıxaraq 7 qol vurub.
Seydiyev “Sabah”la Azərbaycan çempionu titulunu qazanıb. O, həmçinin klubla iki dəfə Azərbaycan kuboku turnirinin qalibi olub.
Namiq HUN