Türkiyə idman cameəsini sarsıdan qərar açıqlandı!

Türkiyə idman cameəsini sarsıdan qərar açıqlandı!
04.06.2026 14:34 İdman

Sadettin Saran qanunsuz mərc oyunlarına təşviq etmək ittihamı üzrə açılan cinayət işi çərçivəsində 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

TodayPress TV-nin “sondakika.com”a istinadən verdiyi məlumata görə, məhkəmə qanunsuz qumar oyunlarının təşviqi ilə bağlı aparılan araşdırma üzrə hökmü elan edib.

İstintaq çərçivəsində Sadettin Saranla yanaşı, Alan Kenan Saran, Azade Zeynep Haksal və Emre Eren barəsində də ittiham irəli sürülüb. Onlar üçün 1 ildən 5 il 3 aya qədər həbs cəzası tələb olunurdu.

Məlumata görə, ittihamlar Saranın sahib olduğu media qrupu vasitəsilə idman oyunlarının yayımlanması zamanı qanunsuz mərc reklamlarının nümayiş etdirilməsi ilə bağlıdır.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUL 2026
Bütün Xəbərlər