İran müharibəsi Amerikanı iki yerə böldü - İNFOQRAFİKA

İran müharibəsi Amerikanı iki yerə böldü - İNFOQRAFİKA
10.04.2026 13:44 Təhlil

ABŞ Prezidenti Donald  Tramp Hörmüz boğazının yenidən açılması üçün İranla iki həftəlik atəşkəs elan etsə də, amerikalıların rəyi hələ də kəskin şəkildə bölünmüş qalır. I&I/TIPP-nin  keçirdiyi sorğu göstərir ki, bu müharibə Amerikanı həm siyasi, həm də demoqrafik cəhətdən iki düşərgəyə ayırıb. Bu, demək olar ki, sadəcə rəqəmlər deyil, real siyasətə təsir edən dərin parçalanmadır.

Sorğuya görə, ABŞ-nin İrana qarşı hərbi əməliyyatını 45% dəstəkləyir, 45% isə əleyhinədir. Qalan 10% qərar verə bilməyib. Yəni xalq yarı-yarıya bölünüb. Amma bu bərabərlik illüziyadır, çünki əsl fərq siyasi mənsubiyyətdə gizlənir.   

Respublikaçılar arasında dəstək çox yüksəkdir – 78%. Demokratlarda isə tam əksinədir: 71% əleyhinədir, cəmi 19% dəstəkləyir. Müstəqillər isə orta mövqedə qalıb – 36% dəstək, 53% əleyhinə. Bu rəqəmlər göstərir ki, İran məsələsi artıq milli təhlükəsizlik deyil, sadəcə partiya loyallığı məsələsinə çevrilib. Tramp öz bazasını saxlayır, amma geniş ictimai və ya Konqres dəstəyi qazanmaq çox çətindir.

Demoqrafik baxımdan da fərqlər aydın görünür. Kişilər müharibəni qadınlardan daha çox dəstəkləyir. Ağdərililər arasında dəstək 48%, qaradərililərdə isə 33%-dir. Ən diqqətçəkən məqam isə ispan seçicilərdir – onlar 50% dəstək verir. Bu, Trampın 2024 seçkisindəki ispan səslərinin artması ilə uyğun gəlir və onun siyasətinə yeni koalisiya imkanı yarada bilər.

Quru qoşun göndərmək məsələsində isə rəy gözəçarpacaq dərədcədə  sərtdir. 

Ümumilikdə amerikalıların 53% buna qarşıdır, yalnız 37% dəstəkləyir. Demokratlar və müstəqillər bu fikrin  çox əleyhinədir. Yalnız Respublikaçılar arasında 64% dəstək var. 

Görünür, 2021-ci il Əfqanıstan hadisələri hələ yaddaşlarda dərin iz buraxdığı üçün  amerikalılar əsgərlərin İrana girməsini istəmir.

Ən böyük qorxu isə müharibənin genişlənməsidir. Respondentlərin 77% müharibənin regional və ya qlobal müharibəyə çevriləcəyindən narahatdır. Bu qorxu hər iki partiyada ortaqdır. 

Tramp “bitməlidir” desə də, rejimin daxili təhlükəsizlik aparatı hələ də toxunulmaz qalır.

Trampın açıqladığı beş hədəf – raket potensialını zəiflətmək, müdafiə sənayesini məhv etmək, donanma və aviasiyanı sıradan çıxarmaq, nüvəyə yol verməmək və müttəfiqləri qorumaq – istiqamətində indiyədək müəyyən irəliləyiş var. Lakin rejim daxildə hələ də güclüdür.

Nəticə olaraq, sorğu göstərir ki, amerikalıların yarısı müharibəni dəstəkləyir, amma bu dəstək çox şərtlidir. Əgər Tramp böyük quru qoşunu göndərmədən, qısa zamanda müharibəni bitirə bilsə, dəstək asanlıqla 60%-ə qalxa bilər. Əks halda isə dəstək sürətlə düşəcək.

Amerikalıların əsas mesajı belədir: “İranı zəiflət, amma orada qalma və müharibəni böyütmə.” 

Müharibə artıq Amerikanı iki yerə bölüb və bu bölünmə asanlıqla yox olmayacaq. Tramp üçün isə ən böyük uğur “qoşunsuz və sürətli qələbə” ola bilər.

Jalə Rövşən

FOTOLAR

İran müharibəsi Amerikanı iki yerə böldü - İNFOQRAFİKA — 1
XƏBƏR LENTİ
03 IYUN 2026
Mehdiabad–Baksol–Ziya Bünyadov prospekti avtomobil yolu inşa ediləcək 12:18 Ermənistanda Azərbaycanla dost olmaq istəyənlərin sayı artdı - RƏY 12:18 Erməni əsgərdən Şuşa döyüşü haqda şok sözlər: “Azərbaycanlılar şəhərə girəndə…” 12:15 Əlilləri incidən Bakı keçidləri - AAYDA isə deyir ki... 12:09 Müəllim olmaq istəyənlər DİQQƏT! Sənəd qəbulu başlandı 12:01 Gürcüstanda kütləvi DEPORTASİYA: Aralarında Azərbaycanlılar da VAR 11:58 Ölkəyə kiberhücumlar artır - Prezidentin yaratdığı qurumun hədəfləri 11:44 Dünyanın ən böyük dəfni: kütlə Xomeyninin kəfənini parçaladı və.. 11:36 Sirli ölümlər davam edir: İtkin düşən alimlərdən birinin cəsədi tapıldı 11:33 Menşik Lendlin 45 illik rekordunu geridə qoydu 11:29 “Ferrari” və Lekler birlikdə zirvəyə yürüşü davam etdirəcək 11:15 Azərbaycan – Macarıstan matçında fit sloveniyalı hakimdə olacaq 11:04 Abituriyentlərin NƏZƏRİNƏ - Bazar günü imtahan VAR! 11:00 Socar BP-dən daha böyük oldu 10:47 Naxçıvana hücum edən - Dünyanın ən böyük dövləti məğlub oldu - Yazılar ortaya çıxdı 10:45 Rubio hədəf göstərdi: Ermənistan qarışacaq! 10:38 Donetskdə sərnişin avtobusu belə VURULDU - ANBAAN VİDEO 10:37 Millimiz Avropa çempionatında finalın astanasında 10:30 Bu zolaqdan keçən hər gəmiyə Amerika bombası düşür - Qəribə zona 10:21 İsraili indi ancaq Tanrı xilas edə bilər və ya Cənubi Livanı işğalı 10:15 Millimizin Dünya Kubokundakı taleyini müəyyənləşdirəcək gün 10:11 Rusiya tüstülənir - Dünyanın ən böyük ölkəsi bombalar altında 10:09 Enrikenin PSJ-dən ayrılığı üçün tək bir şərt var 09:57 Azərbaycan nefti enişə keçdi? - Bu günə olan QİYMƏTLƏR 09:55 “Real” müdafiəni gücləndirdi: Dumfris gəlir 09:50 Bütün Xəbərlər