İran müharibəsi Amerikanı iki yerə böldü - İNFOQRAFİKA

İran müharibəsi Amerikanı iki yerə böldü - İNFOQRAFİKA
10.04.2026 13:44 Təhlil

ABŞ Prezidenti Donald  Tramp Hörmüz boğazının yenidən açılması üçün İranla iki həftəlik atəşkəs elan etsə də, amerikalıların rəyi hələ də kəskin şəkildə bölünmüş qalır. I&I/TIPP-nin  keçirdiyi sorğu göstərir ki, bu müharibə Amerikanı həm siyasi, həm də demoqrafik cəhətdən iki düşərgəyə ayırıb. Bu, demək olar ki, sadəcə rəqəmlər deyil, real siyasətə təsir edən dərin parçalanmadır.

Sorğuya görə, ABŞ-nin İrana qarşı hərbi əməliyyatını 45% dəstəkləyir, 45% isə əleyhinədir. Qalan 10% qərar verə bilməyib. Yəni xalq yarı-yarıya bölünüb. Amma bu bərabərlik illüziyadır, çünki əsl fərq siyasi mənsubiyyətdə gizlənir.   

Respublikaçılar arasında dəstək çox yüksəkdir – 78%. Demokratlarda isə tam əksinədir: 71% əleyhinədir, cəmi 19% dəstəkləyir. Müstəqillər isə orta mövqedə qalıb – 36% dəstək, 53% əleyhinə. Bu rəqəmlər göstərir ki, İran məsələsi artıq milli təhlükəsizlik deyil, sadəcə partiya loyallığı məsələsinə çevrilib. Tramp öz bazasını saxlayır, amma geniş ictimai və ya Konqres dəstəyi qazanmaq çox çətindir.

Demoqrafik baxımdan da fərqlər aydın görünür. Kişilər müharibəni qadınlardan daha çox dəstəkləyir. Ağdərililər arasında dəstək 48%, qaradərililərdə isə 33%-dir. Ən diqqətçəkən məqam isə ispan seçicilərdir – onlar 50% dəstək verir. Bu, Trampın 2024 seçkisindəki ispan səslərinin artması ilə uyğun gəlir və onun siyasətinə yeni koalisiya imkanı yarada bilər.

Quru qoşun göndərmək məsələsində isə rəy gözəçarpacaq dərədcədə  sərtdir. 

Ümumilikdə amerikalıların 53% buna qarşıdır, yalnız 37% dəstəkləyir. Demokratlar və müstəqillər bu fikrin  çox əleyhinədir. Yalnız Respublikaçılar arasında 64% dəstək var. 

Görünür, 2021-ci il Əfqanıstan hadisələri hələ yaddaşlarda dərin iz buraxdığı üçün  amerikalılar əsgərlərin İrana girməsini istəmir.

Ən böyük qorxu isə müharibənin genişlənməsidir. Respondentlərin 77% müharibənin regional və ya qlobal müharibəyə çevriləcəyindən narahatdır. Bu qorxu hər iki partiyada ortaqdır. 

Tramp “bitməlidir” desə də, rejimin daxili təhlükəsizlik aparatı hələ də toxunulmaz qalır.

Trampın açıqladığı beş hədəf – raket potensialını zəiflətmək, müdafiə sənayesini məhv etmək, donanma və aviasiyanı sıradan çıxarmaq, nüvəyə yol verməmək və müttəfiqləri qorumaq – istiqamətində indiyədək müəyyən irəliləyiş var. Lakin rejim daxildə hələ də güclüdür.

Nəticə olaraq, sorğu göstərir ki, amerikalıların yarısı müharibəni dəstəkləyir, amma bu dəstək çox şərtlidir. Əgər Tramp böyük quru qoşunu göndərmədən, qısa zamanda müharibəni bitirə bilsə, dəstək asanlıqla 60%-ə qalxa bilər. Əks halda isə dəstək sürətlə düşəcək.

Amerikalıların əsas mesajı belədir: “İranı zəiflət, amma orada qalma və müharibəni böyütmə.” 

Müharibə artıq Amerikanı iki yerə bölüb və bu bölünmə asanlıqla yox olmayacaq. Tramp üçün isə ən böyük uğur “qoşunsuz və sürətli qələbə” ola bilər.

Jalə Rövşən

FOTOLAR

İran müharibəsi Amerikanı iki yerə böldü - İNFOQRAFİKA — 1
XƏBƏR LENTİ
01 IYUN 2026
Filippində binanın uçması nəticəsində ölənlərin sayı artdı 22:16 Əfsanəvi qrup yeni tamaşaçı rekorduna imza atdı 22:18 Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasının mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Bütün Xəbərlər