Gizli Xidmət iş başında: Putinin qara qutusunu zəhərlədilər

Gizli Xidmət iş başında: Putinin qara qutusunu zəhərlədilər
17.07.2026 10:53 Dünya

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin sintetik toksinlə zəhərləndiyi barədə iddialar yayılıb.

TodayPress TV xəbər verir ki, yayılan məlumatlarda Patruşevin xəstəxanaya yerləşdirildiyi, həkimlərin müdaxiləsi nəticəsində həyatının xilas edildiyi və hadisənin məxfi saxlanıldığı irəli sürülür.

Həmçinin iddialarda bunun Rusiya təhlükəsizlik strukturlarında daxili qarşıdurma ilə əlaqəli ola biləcəyi və Patruşevin prezident Vladimir Putin üçün hazırladığı məxfi hesabatın hadisəyə səbəb olduğu qeyd edilir.

Lakin bu iddialarla bağlı Rusiya rəsmiləri və ya digər etibarlı mənbələr tərəfindən hər hansı rəsmi təsdiq verilməyib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər