Dünya popkornunu hazırlayıb, nəyi gözləyir? - Qalibafdan maraqlı AÇIQLAMA
İran parlamentinin spikeri Məhəmməd Baqer Qalibaf ABŞ-nin İrana qarşı təhdidlərinə münasibət bildirib.
TodayPress TV xəbər verir ki, Qalibaf ABŞ-yə ünvanlandığı mesajında Vaşinqtonun addımlarının ciddi nəticələrə səbəb ola biləcəyini vurğulayıb.
“Bütün gücünlə çalış. Sanki bundan sənin karyeran asılıdır. Çünki həqiqətən də belədir”, - deyə Qalibaf bildirib.
O, həmçinin ABŞ-nin neft ehtiyatlarına və Texas ştatındakı Bryan Mound strateji neft ehtiyatı obyektinə eyham vuraraq, Vaşinqtonun bu sahədə də risklərlə üzləşə biləcəyini qeyd edib.
İran parlamentinin spikeri açıqlamasının sonunda “Dünya artıq popkornunu hazırlayıb” ifadəsini işlədərək ABŞ-İran qarşıdurmasını izləyən beynəlxalq ictimaiyyətə işarə edib.
Kübra Musayeva