Neft oğurlamaq istədilər, zəhərli buxara tutuldular

Neft oğurlamaq istədilər, zəhərli buxara tutuldular
03.09.2026 22:12 Dünya

Nigeriyada boru kəmərindən neft oğurlamağa cəhd edən zaman zəhərli buxarları udan azı 37 nəfər ölüb.

TodayPress TV xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) qeyri-hökumət təşkilatlarına istinadən məlumat yayıb.

Hadisə Nigeriyanın cənubunda, Port-Harkort şəhəri yaxınlığındakı Okika yaşayış məntəqəsi ərazisində baş verib. Cinayətkarlar neftin boru kəmərindən çıxarılaraq satılması üçün kəmərə qanunsuz qoşulmalar ediblər. Onlardan bəziləri zəhərli buxarlardan ölüb.

Qeyd edək ki, Nigeriyanın əsas neft hasilatı obyektlərinin yerləşdiyi cənubunda boru kəmərlərindən neft oğurlanması halları geniş yayılıb. Ordu və polis qanunsuz neft emalı üçün qurulmuş kustar qurğuların ləğvi məqsədilə mütəmadi əməliyyatlar keçirir.

Aysel Mətləb

XƏBƏR LENTİ
03 SENTYABR 2026
Bütün Xəbərlər