Daha bir dəmir yolu sahəsində işlər başa çatdı

Daha bir dəmir yolu sahəsində işlər başa çatdı
05.09.2025 12:45 Sənaye və energetika

Bakı–Böyük Kəsik dəmir yolu xəttində enerji sisteminin layihələndirilməsi, təchizatı və quraşdırılması çərçivəsində Ucar–Hacıqabul sahəsində (122 km) dəyişən cərəyan (AC) sisteminin tətbiqi üzrə işlər tamamlanıb və həm yük, həm də sərnişin qatarlarının test yürüşləri həyata keçirilib.

TodayPress TV  xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.

Bildirilib ki, enerji səmərəliliyini artırmaq, texniki qulluğa sərf olunan vaxtı azaltmaq, təhlükəsizlik səviyyəsini yüksəltmək və stansiya-sahələrdə avadanlıq sayını minimuma endirmək məqsədilə bu hissədə rabitə və işarəvermə sistemləri də yenilənib, işarəvermə, rabitə və idarəetmə proseslərinin paralel işləməsinə imkan verən müasir çoxprosesli idarəetmə (MPM) texnologiyasına keçid edilib. Bununla Ucar–Hacıqabul sahəsində AC sisteminə tam keçid təmin olunub.

Qeyd olunub ki, AC sisteminə keçid elektriklə işləyən lokomotivlərin dartı gücünü artırmaqla dəmir yolu ilə daşınan yük həcmlərinin çoxalmasına, enerji və digər resurslara qənaətə, enerji itkilərinin azalmasına, xərclərin optimallaşdırılmasına, istismarın sadələşməsinə və qatarların hərəkət sürətinin yüksəlməsinə şərait yaradacaq. Dünyanın aparıcı ölkələrində – o cümlədən Avropada və Çində – müasir magistral xətlər, beynəlxalq dəmir yolu marşrutları və yüksək sürətli şəbəkələr məhz AC sistemi ilə işləyir ki, bu da uzun məsafələrdə yüksək sürət və sabit enerji təchizatı deməkdir.

Həmçinin vurğulanıb ki, dəyişən cərəyan texnologiyasına keçid təkcə texniki modernləşmə deyil, həm də Ətraf mühit, Sosial və Korporativ İdarəetmə (ESG) prinsiplərinə uyğun dayanıqlılıq öhdəliklərinin tərkib hissəsidir: dizel dartısına tələbat azalır, enerji səmərəliliyi artır, karbon emissiyaları minimuma enir və beləliklə dəmir yolu daha rəqabətqabiliyyətli, ekoloji cəhətdən dayanıqlı nəqliyyat növünə çevrilir.

Enerji sisteminin yenilənməsi ilə yanaşı, ADY vaqon parkını da mərhələli şəkildə genişləndirir: hazırda parkda AC ilə işləyən 15 müasir sərnişin qatarı və 50 lokomotiv mövcuddur. Onlardan 6 sərnişin qatarı və 40 lokomotiv dəyişən cərəyanla, 9 sərnişin qatarı və 10 lokomotiv isə həm sabit (DC), həm də dəyişən cərəyan (AC) ilə işləyir.

Bundan əvvəl Bakı–Böyük Kəsik magistralında Böyük Kəsik–Gəncə (141 km) və Gəncə–Ucar (113 km) sahələrində də AC-yə keçid təmin olunub. Layihənin son mərhələsi kimi 2026–2027-ci illərdə Hacıqabul–Bakı sahəsində (127 km) də AC sisteminə keçid planlaşdırılır. Bu mərhələ tamamlandıqdan sonra bütün Bakı–Böyük Kəsik xətti dəyişən cərəyan əsasında işləyəcək və Azərbaycanın dəmir yolu infrastrukturu beynəlxalq standartlara uyğun müasir şəbəkəyə çevriləcək.

ADY-nin məlumatına görə, Bakı–Böyük Kəsik xətti ölkə ərazisindən keçən beynəlxalq magistral dəhlizlər üzrə tranzit yüklərin daşındığı əsas xətt olduğundan, AC sisteminin tətbiqi Orta Dəhlizdə əməliyyat səmərəliliyini və yük həcmlərini artıracaq; dəniz və avtomobil nəqliyyatı ilə müqayisədə dəmir yolunun rəqabət qabiliyyəti yüksələcək və Azərbaycanın beynəlxalq logistika xəritəsində mövqeyi daha da güclənəcək.

TodayPress TV

XƏBƏR LENTİ
03 IYUN 2026
Millimiz Avropa çempionatında finalın astanasında 10:30 Bu zolaqdan keçən hər gəmiyə Amerika bombası düşür - Qəribə zona 10:21 İsraili indi ancaq Tanrı xilas edə bilər və ya Cənubi Livanı işğalı 10:15 Millimizin Dünya Kubokundakı taleyini müəyyənləşdirəcək gün 10:11 Rusiya tüstülənir - Dünyanın ən böyük ölkəsi bombalar altında 10:09 Enrikenin PSJ-dən ayrılığı üçün tək bir şərt var 09:57 Azərbaycan nefti enişə keçdi? - Bu günə olan QİYMƏTLƏR 09:55 “Real” müdafiəni gücləndirdi: Dumfris gəlir 09:50 SON DƏQİQƏ! Sərnişin avtobusuna PUA hücumu - 7 ölü 09:43 Madrid nəhəngi seçki qalmaqalına cavab verdi 09:35 Neft bazarında kəskin bahalaşma - Neçəyə təklif olunur? 09:26 Sizi and verirəm Allaha, şəhidlərdən əl çəkin 09:15 Payıza qədər: Zelenski və Putin yeni müharibə planı hazırladı - Böyük qarşıdurma indi başlayır 08:59 Avropada gözlənilməz proses başladı: Rumıniya Moldova birləşir 08:51 Seçkidən 5 gün əvvəl Nikol Ərdoğana zəng etdi: Bayramınız mübarək, cənab prezident! 08:46 Rusiya yüz minlik erməni ordusunu İrəvana soxmağa hazırlaşır - Seçkinin ilginc ssenarisi 08:38 Stavropolda "böyük Ermənistan" qurdular - REPLİKA 08:29 Kanalizasiya lyukları öldürür - Özünüzü qoruyun - VİDEO 08:21 Gecə döyüşləri davam edib: İranla ABŞ arasında mini müharibə başladı/VİDEO 08:08 Ukrayna Rusiyanı qəlbindən vurdu - İlk dəfə Peterburqda alovlar yüksəldi/VİDEO 08:01 Almaniyada ilk robotaksilər işə salınacaq 00:03 Diş fırçası ilə bağlı bir çox insanın etdiyi SƏHV: İnfeksiya riskini artırır 00:01 Mərdəkan və Qala qəsəbələrində yeni cüdo zalları istifadəyə verildi 23:45 Moskvadan Londona cavab - beş britaniyalı sanksiya siyahısına salındı 22:25 "Meta"nın söhbət robotu "Instagram" hesablarını ələ keçirir - KİV 22:53 Bütün Xəbərlər