Bu ay qripə yoluxanlar niyə gec sağalır? – Səbəblər

Bu ay qripə yoluxanlar niyə gec sağalır? – Səbəblər
06.03.2026 17:59 Sağlamlıq

Son vaxtlar qripə yoluxma hallarında artım müşahidə olunur. Əsas şikayət isə sağalma prosesinin uzun çəkməsi ilə bağlıdır. 

Mövzu ilə bağlı TodayPress TV-yə danışan allerqoloq, pediatr Elşən Tağıyev bildirib ki, mövsümi xəstəliklərin yayılmasının əsas səbəblərindən biri havaların dəyişməsi və virusların fəallaşmasıdır. 


Onun sözlərinə görə, xüsusilə uşaqların, yaşlıların və xroniki xəstəliyi olan insanların diqqətli olması vacibdir. 

"Bu xəstəliklərdə simptomlar yüksək hərarət, üşütmə, boğaz ağrısı, öskürək, burun axması və tıxanıqlığı, baş ağrılarıdır. Əgər simptomlar bir neçə gün davam edirsə və ya ağırlaşırsa, mütləq həkimə müraciət etmək lazımdır. Bu viruslar “Orthomyxoviridae” ailəsinə aiddir və əsasən A, B və C tiplərinə bölünür. İnsanlarda mövsümi epidemiyalara səbəb olan əsas törədicilər A və B tipli qrip viruslarıdır. Qrip virusunun ən diqqətçəkən xüsusiyyəti isə tez-tez mutasiyaya uğramasıdır. Məhz bu dəyişkənlik səbəbindən hər il payız-qış mövsümündə qrip yenidən yayılır və əvvəlki immunitet xəstəliyin tam qarşısını ala bilmir". 

Həkim əlavə edib ki, mövsümi xəstəliklərdən qorunmaq üçün ən vacib addımlar gigiyena qaydalarına riayət etmək, əlləri tez-tez yumaq, izdihamlı yerlərdə maskadan istifadə etmək və immuniteti gücləndirən qidalar qəbul etməkdir.  Ən effektiv qorunma üsulu həm şəxsi gigiyena, həm də sağlam həyat tərzi ilə birgə immuniteti gücləndirməkdir. Profilaktik tədbirlər xəstəliyin yayılmasını xeyli azaldır. 

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
05 IYUN 2026
Amerika təzə tabutlar sifariş etdi: İranda çox danışanlar siyahı üzrə vurulacaq 11:14 NHL tarixində ilk dəfə: finalın ilk iki oyunu rekordla yadda qaldı! 11:13 Milli Məclisin növbədənkənar sessiyası başladı - Nələr müzakirə ediləcək? 11:09 Madrid nəhənginin yeni hədəfi bəlli oldu – Kalafyori! 10:58 Kiyev səhəri partlayışla açdı 10:54 Omana hücum: Neft terminalını göyə uçurdular 10:49 Mourinyo deyil: “Real” üçün sürpriz namizəd Klopp göstərildi! 10:40 Rusiya və İran təşvişdə - İranın Zəngəzur dəhlizinə gücü çatmadı 10:35 20 il eyni yastığa baş qoyub, sonra boşandılar - Azərbaycanda dəhşətli statistika 10:24 Azərbaycan yığması yoxlama oyunları seriyasına başlayır! 10:14 Prezident Azərbaycan minifutbol millisini təbrik etdi 10:06 Qrupun taleyini dəyişə biləcək oyun: Azərbaycan meydana çıxır! 10:02 Polis məmuru oğlunu güllələdi, başında gözlədi - VİDEO 09:55 Azərbaycanlı gimnast Dubayda saxlanıldı – Şeyx şikayət edibmiş 09:49 Açıqlandı: Rusiya 2028-ə qədər Baltik ölkələrinə girəcək 09:43 Ukrayna dayanmır – Luqansk alovlar içində qaldı 09:41 Qonşu ölkə tarixi köklərinə qayıtdı - Qurultay sisteminə keçdi 09:45 Dollar almaq istəyənlərin NƏZƏRİNƏ! 09:36 Debatda maraqlı an: Tatoyan "valerian" gətirdi, Paşinyan isə belə cavab verdi - VİDEO 09:21 İş bitdi: Ukrayna Rus cəbhəsini ikiyə bölür - Milyona yaxın əsgər... 09:08 Çin və Rusiya arasında iplər bir anda qopdu: Si Cinpin Putinə ultimatum yolladı 09:00 ABŞ-nin təyyarədaşıyan gəmisi ciddi zərər gördü - Taleyi necə olacaq? 08:43 Lavrovdan Ermənistan açıqlaması: "Seçim etməlidir" 08:32 ABŞ-dən Rusiyaya sərt zərbə: Sanksiyalar və Ukraynaya milyonlarla dollar yardım 08:26 Ürəyi məhv edən əsas amil açıqlandı 00:37 Bütün Xəbərlər